Gənclərin Yerli Məşvərət Şuraları

Regionlarda yerli inkişaf proseslərində gənclərin rolunun artırılması

UNICEF Azerbaijan
29 İyun 2021

Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclərİdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin əsas məqsədi əhatə olunan rayonlarda cəmiyyətin rifahı üçün verilən qərarlarda gənclərin rolunun artırılması, rayon gənclərinin inkişafına dəstək olmaq olmuşdur. Layihə çərçivəsində Biləsuvar, Bakı şəhər Xəzər rayonu, Qazax, Şəmkir və Tovuz rayonları əhatə olunmuş və ümumilikdə 100 gənc fəaliyyətlərə cəlb olunmuşdur.

Regionda yaşayan gənclərin inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə ARGTMŞ tərəfindən Biləsuvar, Bakı şəhər Xəzər rayonu, Qazax, Şəmkir və Tovuz rayonlarında yerli idarəetmə orqanları olan İcra Hakimiyyətləri yanında gənclərdən ibarət Yerli Məşvərət Şuraları yaradılmışdır. Yaradılmış Məşvərət Şuralarının hər birində fəaliyyət göstərmələri üçün 20 gənc seçilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti yanında yaradılmış Qazax Məşvərət Şurasının üzvü Pəri İbrahimova Şuraya seçilməsini belə ifadə edir:     
“Həmin gün öz-özümə “yaxşı ki, müraciət etmişəm” dedim. Həmçinin bir gənc olaraq rayonumuza biganə qalmamağımın fərqinə vardım.”

Youth Advisory Councils: Empowering youth in local development

Seçilən gənclərin hər birinin şəxsi inkişafının təmin edilməsi məqsədilə hər bir Məşvərət Şurası üzvləri üçün layihə çərçivəsində 12-dən çox müxtəlif mövzuda təlimlər keçirilmiş, 30-dan çox vebinarda onların iştirakçılığı təmin edilmişdir.

Layihə çərçivəsində təlimçi İlkin Əliyevin təqdimatında keçirilən “Effektiv nəticənin əldə olunmasında peşəkar sorğunun rolu" təlimdən təəssüratlarını Tovuz Məşvərət Şurası üzvü Vəfa Vəliyeva bu cür şərh edir:    
“Təlimdən sonra insanlar arasında sorğu prosesinin aparılması və nəticələrinin analizi haqqında daha çox məlumatlandığımın fərqinə vardım. Düşünürəm ki, bu biliklərin gələcək karyeramda mühüm rolu olacaqdır.”    

Layihənin koordinatoru Fərman Məmmədov təşkil edilmiş təlimlər və tədbirlər çərçivəsində qarşılaşdıqları məsələləri bu cür şərh edir:
“Layihə başladığı gündən etibarən gənclərin layihədə iştirak etmələri üçün məlumatlandırma xarakterli görüşlər keçirilmişdir. Layihənin əhatə edəcəyi rayonların hər birində müxtəlif qurum və mərkəzlərdə məlumatlandırma sessiyaları təşkil edilmiş və bu sessiyalar ərzində 2000-dən çox gənc əhatə olunmuşdur. Növbəti mərhələdə layihəyə müraciət edən gənclərin seçim prosesi həyata keçirilmiş və qeydiyyat prosesini uğurla tamamlanmış gənclərin müsahibəsinə başlanılmışdır. Qarşılaşdığımız məsələrlərdən biri də müraciət edən gənclərin sayı 300-dən çox olduğuna görə seçim prosesində çətinliyin yaranması olmuşdur. Buna baxmayaraq seçim prosesi tam ədalətli formada layihə komandası tərəfindən uğurla tamamlanmışdır. Qeyd edim ki, COVİD-19 pandemiyasına görə layihə üçün nəzərdə tutulan fəaliyyətlərin çox hissəsi onlayn formada təşkil olunmuşdur. Gənclərin onlayn təlim və tədbirlərdə iştirakçılığının təmin edilməsi, pandemiya dönəmində belə şəxsi inkişaflarına dəstək xarakterli olaraq onlara layihə çərçivəsində internet paketləri təqdim edilmişdir. Xüsusislə qeyd etməliyəm ki, pandemiya dönəmi olduğuna görə həmin dövrdə rayon gəncləri üçün bu imkanın yaradılması çox mühüm idi.”

Pandemiya dönəmi olduğuna görə həmin dövrdə rayon gəncləri üçün bu imkanın yaradılması çox mühüm idi.

2020-ci ilin aprel ayından etibarən Məşvərət Şurası gəncləri üçün təşkil olunan təlimlərdən sonra hər bir Məşvərət Şurasının idarə heyətinin seçilməsi üçün seçkilər keçirilmişdir. Seçkilər onlayn formada ZOOM platforması üzərindən hər bir Məşvərət Şurası üzvünün iştirakı ilə keçirilmişdir.

Növbəti mərhələdə Məşvərət Şurası üzvləri tərəfindən öz rayonlarında yaşayan gənclərin qarşılaşdıqları məsələlərin təyin edilməsi və həlli istiqamətində işlər görülməsi məqsədilə “İcmalarda sosial problemlərin həllində gənclərin iştirakçılığının təşviq edilməsi” sorğusu həyata keçirilmişdir. Sorğu prosesi həm onlayn həm də oflayn formatda təşkil edilmişdir. Ümumilikdə 3750 sorğu anketi əldə edilmiş və peşəkar ekspert tərəfindən analiz olunaraq gənclərin qarşılaşdıqları əsas məsələlər ortaya çıxarılmışdır. Sorğu nəticlərinin analizinə əsasən hər bir Məşvərət Şurası üzvləri tərəfindən həmin məsələlərin həlli istiqamətində layihələr hazırlanmışdır. 

Layihə çərçivəsində yardılmış Gənclərin Məşvərət Şuraları tərəfindən aşağıdakı layihələr hazırlanmış və həyata keçirilmişdir.

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Həyata keçirilmiş layihələr çərçivəsində Məşvərət Şuraları tərəfindən fəaliyyət göstərdikləri rayon gənclərinin inkişafının təmin edilməsi və sorğu nəticəsində təyin edilmiş istiqamətlərdə maarifləndirici təlimlər təşkil edilmişdir. Keçirilmiş təlimlər ərzində 500-dən çox gənc əhatə olunmuşdur. 

Məşvərət Şuraları tərəfindən bir sıra layihə fəaliyyətləri həyata keçirilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti yanında yaradılmış Biləsuvar Məşvərət Şurası tərəfindən rayon ərazisində gənclərin COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərini gücləndirilməsi istiqamətində maarifləndirici guşə yaradılmışdır.

A number of project activities were carried out by the Advisory Councils: Bilasuvar Advisory Council established under the Bilasuvar District Executive Authority established an information corner to strengthen measures to fight the COVID-19 pandemic in the district.
UNICEF Azerbaijan

Qazax Rayon İcra Hakimiyyəti yanında yaradılmış Qazax Məşvərət Şurası üzvləri tərəfindən rayon ərazisində gənclər arasında gender bərabərliyinin təbliğ olunması istiqamətində maarifləndirici flayerlər paylanılmış və 2 gender bərabərliyinin təbliği guşəsi yaradılmışdır.

A number of project activities were carried out by the Advisory Councils: Bilasuvar Advisory Council established under the Bilasuvar District Executive Authority established an information corner to strengthen measures to fight the COVID-19 pandemic in the district.
UNICEF Azerbaijan

Şəmkir Rayon İcra Hakimiyyəti yanında yaradılmış Şəmkir Məşvərət Şurası üzvləri tərəfindən rayon ərazisində gənclər arasında ekoloji maarifləndirmə aparılması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiya çərçivəsində 100 ting şam ağacı əkilmişdir.

Youth Advisory Councils: Empowering youth in local development
UNICEF Azerbaijan

Tovuz Rayon İcra Hakimiyyəti yanında yaradılmış Tovuz Məşvərət Şurası üzvləri tərəfindən rayon gənclərinin sağlam həyat tərzinə yönləndirilməsi, asudə vaxtlarını səmərəli keçirmələri üçün park ərazisi yaradılmış və idman konstruksiyaları (turnik, divar nərdivanı, paralelqol, 2 kiçikyaşlı və 1 böyükyaşlılar üçün yelləncək) gənclərin istifadəsinə verilmişdir.

Youth Advisory Councils: Empowering youth in local development
UNICEF Azerbaijan

Xəzər rayon İcra Hakimiyyəti yanında yaradılmış Xəzər Məşvərət Şurası üzvləri tərəfindən rayon ərazisində gənclərin ekoloji biliklərinin artırılması və ekoloji davamlılığın təbliğ olunması istiqamətində park restavrasiyası həyata keçirilmişdir.

Youth Advisory Councils: Empowering youth in local development
UNICEF Azerbaijan

Şəmkir rayon İcra Hakimiyyəti yanında yaradılmış Şəmkir Məşvərət Şurası üzvü Turanə Zeynallı layihə haqqında təəssüratlarını bu cür vurğulayır:
“Bu layihə çərçivəsində mən özümə yeni dostlar qazandım. Xüsusilə vurğulayım ki, təşkil edilmiş təlimlərin hər birində həvəslə iştirak etdim və müxtəlif lazımlı bilik və bacarıqlara yiyələndim. Düşünürəm ki, həyata keçirdiyimiz təlimlər və layihələr uğurlu olmuşdur və rayon gənclərimizin inkişafında yeni mərhələdir.”

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.

Bu hekayənin məzmununa gorə UNICEF məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.